Ermənistanda qadın hərbçilərə qadağa: “Makiyaj etməyin, pomada vurmayın!”

06.10.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın Müdafiə Nazirliyində və ordu korpuslarında çalışan qadın hərbçilərə makiyajla bağlı yeni qadağalar tətbiq edildiyi bildirilir.

Modern.az xəbər verir ki, "Hraparak"ın yaydığı məlumatda Müdafiə Nazirliyinin bütün bölmələrə bununla bağlı yazılı göstəriş göndərdiyi qeyd olunur.

Məlumata görə, sənəddə qadın hərbçilərə makiyaj etməmək, süni kirpik taxmamaq və qırmızı pomadadan istifadə etməmək tapşırılıb.

Məlumatda bildirilib ki, bu tələblər qadın hərbçilər qəzəbləndirib.

Yazıda bu qərarın Ermənistanın hansı müdafiə doktrinasının tərkib hissəsi olduğu və kimin təşəbbüsü ilə qəbul edildiyinin məlum olmadığı vurğulanıb.
Xatırladaq ki, Ermənistanda qadınların orduya cəlb olunması könüllü əsaslarla tənzimlənir. Hökumət qərarına əsasən, qadınlar 6 ay müddətinə könüllü hərbi xidmətə qəbul olunurlar.
Hazırda Ermənistan ordusunda xeyli qadın müxtəlif rütbələrdə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью