Ermənistanda qaz şoku: maye qazın KONKRET

14.01.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erməni sosial şəbəkə istifadəçilərinin məlumatına görə, Ermənistanda maye qazın (LPG) qiymətləri yenidən sürətlə artıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində bir litr maye qazın qiyməti 200 dramdan 280 drama yüksəlib.

Bu artım dollar ifadəsində təxminən 0,73 ABŞ dolları təşkil edir.

Qiymət artımına bir neçə əsas amil təsir göstərib:

maye qaz idxalından asılılığın artması,

nəqliyyat və logistika xərclərinin yüksəlməsi,

daxili bazarda təklifin qeyri-sabitliyi.

Qeyd edək ki, maye qaz Ermənistanda əsasən taksilər və şəxsi avtomobillər üçün ən çox istifadə olunan yanacaq növlərindən biridir. Kəskin bahalaşma fonunda əhalinin gündəlik xərclərinin artacağı və sosial narazılığın dərinləşəcəyi istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью