Ermənistanda qəzəb səviyyəsi: Dünya ölkələri içərisində ilk üçlükdə yer aldı

15.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan qəzəb səviyyəsinə görə dünya ölkələri içərisində ilk üç ölkə arasındadır.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə "Gallup" beynəlxalq tədqiqat mərkəzinin "2025-ci ildə dünyada emosional sağlamlığın vəziyyəti" adlı yeni hesabatında məlumat verilib.

"Gallup" 144 ölkədə emosional sağlamlıq vəziyyətini təhlil edib.

"Qəzəb səviyyəsi Çad, İordaniya, Ermənistan, Şimali Kipr, Syerra-Leone və İraqda ən yüksək səviyyədə olub, hansı ki, bu ölkələrdə və regionlarda aktiv münaqişələr, son müharibələr və ya davam edən siyasi və iqtisadi qeyri-sabitlik müşahidə olunur. Çadda qəzəb səviyyəsi 2024-cü ildə rekord həddə çatıb və bu da iyun ayında sursat anbarında baş verən ölümcül partlayışdan sonra ictimai narazılıq və mübahisəli seçkilərin yaratdığı iğtişaşlarla əlaqəli ola bilər", - deyə hesabatda bildirilib.

Hesabata əlavə edilmiş qrafikdə Ermənistanda əhali arasında qəzəb səviyyəsi 43% təşkil edib. Yalnız İordaniya (46%) və Çadda (47%) qəzəb səviyyəsi Ermənistandan daha yüksək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью