Ermənistanda qiyamçı keşiş Baqrat ev dustaqlığına buraxılıb

04.06.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistanda müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb.

Ermənistan mediasının xəbərinə görə, məhkəmə Qalstanyan barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarı ötən ilin iyun ayında terror aktı hazırlamaq və silahlı yolla hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью