Ermənistanda Robert Köçəryanla bağlı yeni qərar

17.06.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası sabiq prezident Robert Köçəryan barəsində cinayət təqibinin aparılmasına razılıq verib.
Qərar barədə onun vəkili Aram Orbelyan jurnalistlərə açıqlamasında məlumat verib. Bildirilib ki, Ermənistan Baş Prokurorluğunun müraciətinə baxan komissiya vəsatəti təmin edib.
Müraciət yalnız Robert Köçəryanı deyil, həmçinin deputatlar Asatur Köçaryan və Ruslan Barseqyan barədə də cinayət təqibinə icazə verilməsi ilə bağlı olub.
İstintaqın irəli sürdüyü ittihamlar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların leqallaşdırılması ilə əlaqədardır.
Müdafiə tərəfi isə ittihamları qəbul etmir. Vəkil Aram Orbelyanın sözlərinə görə, cinayət işində adı hallanan “Master Klass” tennis klubunun satışı Köçəryanın iştirak etmədiyi hökumətin qərarı əsasında baş tutub.
Qərarla istintaq orqanlarının sabiq prezident və digər şəxslərlə bağlı prosessual tədbirləri davam etdirməsinə hüquqi imkan yaradılıb. İş üzrə yekun qiyməti isə məhkəmə verəcək.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью