Ermənistanda Rusiyanın 102 ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb

26.01.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gümrüdə Rusiyanın 102-ci bazasının 23 yaşlı hərbçisinin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Faktla bağlı intihar maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hərbçinin adı və hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Onun meyitinin yaşadığı mənzildə asılmış vəziyyətdə tapıldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью