Ermənistanda sabiq deputat saxlanılıb

13.08.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martun Qriqoryanın həbsi üçün məhkəməyə ərizə təqdim edilib

Ermənistan Parlamentinin keçmiş üzvü, “Çiçəklənən Ermənistan” Partiyasının (ÇEP) nümayəndəsi Martun Qriqoryan 13 avqust səhəri saxlanılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Gümrü Ağsaqqallar Şurasının "Bizim Şəhərimiz" fraksiyasının rəhbəri Liza Qasparyan deyib.

Onun sözlərinə görə, Qriqoryan həbs qərarı əsasında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən "Armenia Today" qəzetinə bildirilib ki, son parlament seçkilərində ÇEP siyahısında namizədliyini irəli sürən Qriqoryanın həbsi üçün vəsatət qaldırıb.

Komitə Qriqoryanın iyun ayında ÇEP-in xeyrinə səslərin satın alınması iddiası ilə açılmış cinayət işi ilə əlaqədar saxlanıldığını bəyan edib. Bildirilib ki, Qriqoryan bu işdə təqsirləndirilən şəxsdir.

O, məhkəməyə qədər həbs qətimkan tədbiri seçilmək üçün saxlanılıb.

Daha əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ÇEP adından səslərin satın alınması iddiası ilə bağlı cinayət işi üzrə yeni həbslər barədə məlumat vermişdi.

Müstəntiqlərin sözlərinə görə, CEP nümayəndəsi parlament seçkilərindən əvvəl seçicilərə rüşvət paylayıb və onlara partiyaya səs vermələri müqabilində müxtəlif xidmətlər göstərib. İstintaq çərçivəsində axtarışlar və digər istintaq hərəkətləri aparılıb. Komitə həmçinin iş üzrə sübut hesab etdiyi telefon dinləməsinin bir hissəsini də yayımlayıb.

Səsyazmada həmsöhbətlər potensial seçicilər haqqında məlumat toplamaq, partiyanı dəstəkləmək istəyən insanların sayı və şəxsi məsələlərdə kömək etmək barədə müzakirələr aparırlar. Söhbətdə Martun Qriqoryandan bəhs edilib. O, 2026-cı il parlament seçkilərində XEP siyahısında ilk onluqda idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью