Ermənistanda saxlanılan generalların sərvəti müsadirə edilir

11.04.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanda saxlanılan generalların 4,5 milyard dramlıq aktivləri dondurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Ermənistan Baş Prokurorluğu Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan və  Silahlı Qüvvələrin Raket

Qoşunları və Artilleriya Baş İdarəsinin Armen Arutyunyandan 4,5 milyard dramlıq sərvətlərini dövlətə vurduqları ziyan müqabilində müsadirə etməyi tələb edib.

Xatırladaq ki, daha əvvəl hər iki rütbəli şəxsə qarşı cinayət işinin açılması barədə xəbər vermişdik. Onlar rüşvətxorluq və səhlənkarlıq maddələrilə ittiham olunurlar.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью