Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin qərarı ilə daha üç ay uzadılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Qeyd edək ki, Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də Ermənistan ərazisində saxlanılıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, o, sentyabrın 26-da Laçın rayonu istiqamətində yerləşən hərbi hissədə xidmət yerində olmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun Ermənistan ərazisində olduğu müəyyən edilib. Azərbaycan tərəfi onun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı cinayət işi başladıb.
Məlumata görə, Musayevin işi artıq Ermənistanın Sünik vilayətinin məhkəməsinə göndərilib. Cinayət işi üzrə ittiham aktı hazırlanaraq məhkəməyə təqdim olunub.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatlara əsasən, Musayev 2026-cı il oktyabrın 1-də Sünik vilayətinin Şəki kəndində (Zəngəzur) yaşayış evinə daxil olub. İstintaqın iddiasına görə, evdə silahlı şəxsin olduğunu öyrənən ev sahibi Ani Avetisyan hadisə yerinə gəldikdən sonra Musayev atəş açıb və qadın yaralanıb.
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də verdiyi açıqlamada Musayevin öldürmək niyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, azərbaycanlı hərbçi ifadəsində duman səbəbindən yolu azdığını deyib.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu oktyabrın 1-də Musayevin sentyabrın 26-da xidmət yerini özbaşına tərk etdiyinə dair əsaslı şübhələrin yarandığını və onun Ermənistan ərazisində saxlanıldığını açıqlamışdı.
Həmin vaxt Azərbaycan dövlət qurumlarının hadisənin hallarının araşdırılması məqsədilə Ermənistan tərəfi ilə əlaqələr saxladığı bildirilmişdi.
Beləliklə, Musayevin barəsində həbs qətimkan tədbirinin daha üç ay uzadılması onun işi üzrə məhkəmə prosesinin davam etdiyi bir vaxtda baş verib.
Bizim.Media