Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı SON DƏQİQƏ XƏBƏRİ

13.11.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi təsdiqlənmiş ittiham aktı ilə birlikdə prokurorluğa göndərilib.

Turkustan.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Ermənistan tərəfinin iddiasına görə, hadisə bu il oktyabrın 1-də Zəngəzur vilayətinin Şəki kəndində qeydə alınıb.

Bildirilir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev kənddəki evlərdən birinə daxil olub və ev sahibləri tərəfindən görüldükdən sonra silahdan atəş açıb.

Nəticədə 1987-ci il təvəllüdlü yerli sakin Ani Avetisyanın yaralandığı iddia olunur. Hadisədən sonra ərazidən uzaqlaşmağa çalışan hərbçimiz axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb və Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə jurnalistlərə açıqlamasında azərbaycanlı hərbçinin qəsdən adam öldürmək niyyətinin olmadığını etiraf edib. Onun sözlərinə görə, Nəsimi Musayev ilkin ifadəsində ərazidəki qatı duman səbəbindən yolu azdığını bildirib./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью