Ermənistanda seçici fəallığı açıqlandı YENİLƏNİB

07.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ermənistanda parlament seçkiləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə (səsvermənin başa çatmasına 3 saat qalmış), səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.

Ermənistan MSK-nın məlumatına görə, bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.

*** 13:10

Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan seçici fəallığı 14,79% təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, İrəvanda 122 856 seçici səs verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью