Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az erməni mətbuatına istinadən xəbər verir ki, hakim komanda daxilində vəzifə uğrunda əməli-başlı savaş gedir.
Elə parlamentə sədrlik məsləsi bunun bariz nümunəsidir. “Jogovurd” nəşrinin məlumatına görə, vitse-spiker Ruben Rubinyanın Ermənistan parlamentinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi qərarı təsadüfi deyil. Bu qərar hakim “Vətəndaş Müqaviləsi” Partiyasında hazırkı spiker Alen Simonyana qarşı narazılıqdan irəli gəlir.
Spiker vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı səsvermə zamanı A.Simonyan 20 nəfərdən yalnız 5-nin dəstəyini alıb.
“Bizdə olan məlumata görə, Simonyan yaxın dostları ilə söhbətində əslində aldadıldığını etiraf edib. Namizədliyi irəli sürülməzdən əvvəl o, Baş nazir Nikol Paşinyanla görüşüb və onun namizədliyini irəli sürmək üçün razılığını alıb. Simonyan bu razılığın onun yenidən vəzifəyə seçilməsinin siyasi təminatı olduğunu düşünürdü”, - nəşr yazıb.
“Jogovurd” parlamentdəki mənbələrə istinadən yazıb ki, bəzi partiya üzvləri A.Simonyana klan düşüncəsi aid edərək partiya yoldaşlarını “biz” və “onlar”a bölürlər. Uzun müddət parlamentdə Simonyana qarşı Ayk Sarkisyanın koordinasiya etdiyi bir kampaniya aparılıb.
Məlumata görə, eyni zamanda, hazırkı spikerin tərəfdarları A.Simonyanın Ermənistan prezidentliyinə və ya İrəvan meri vəzifəsinə hazırlandığı barədə şayiə yaymağa çalışırlar. Lakin nəşr yazıb ki, hələlik bu şayiələrin heç bir siyasi əsası yoxdur.
Daha əvvəl media orqanları siyasi dairələrin hazırkı prezident Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı müzakirələr apardığını və onun 2029-cu ildə səlahiyyət müddəti bitməmişdən əvvəl vəzifəsindən gedə biləcəyinin mümkünlüyünü bildirib.
Bu müzakirələr fonunda dövlət başçısı vəzifəsinə potensial namizədlər artıq ortaya çıxıb. Onların arasında hökumət aparatının rəhbəri Araik Harutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da var.
“Hraparak” isə qeyd edib ki, iyunun 25-də hakim “Vətəndaş Müqaviləsi”-nin İdarə Heyəti üç namizəd arasından parlamentə sədr seçilməsi üçün Alen Simonyan, Ruben Rubinyan və Hayk Konjoryanın namizədliyini irəli sürüb. Nəşr onu da qeyd edib ki, amma hakim komanda daxilində fraksiyasının lideri vəzifəsi uğrunda da şiddətli rəqabət az deyil.
“Hraparak”ın əldə etdiyi məlumaat görə, N.Paşinyanın bu dəfə də fraksiyaya rəhbərliyi ölkəsinin ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsa həvalə edəcəyi gözlənilir.
Mürtəza