Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Konstitusiya Məhkəməsi yeddi partiya və blokun iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını icraata qəbul edib.
Bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat yayılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat yayılıb.
"Konstitusiya Məhkəməsi 2026-cı il iyunun 21-də keçirilən işçi iclasında "Güclü Ermənistan" bloku, "Birlik Qanadları" Partiyası, "Demokratiya, Qanun, Nizam-intizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı" bloku, "Ermənistan" bloku və "Yeni Güc" Partiyasının Ermənistan Respublikasının Milli Məclisinə 2026-cı il iyunun 7-də keçirilmiş növbədənkənar seçkinin nəticələrinin yekunlaşdırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarına dair müraciətlərini icraata qəbul edib", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bütün müraciətlər bir icraatda birləşdirilib və işə iyunun 26-da saat 11:00-da keçiriləcək məhkəmə iclasında baxılacaq.