Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Masis şəhərinin keçmiş meri David Ambartsumyan dekabrda keçiriləcək yerli seçkilər ərəfəsində müxalifət nümayəndələrinə təzyiq göstərilməsinə cəhd edildiyini bildirib.
Modern.az xəbər verir ki, Respublika Partiyasından merliyə namizəd olan Ambartsumyan hakimiyyətin müxalifəti nüfuzdan salmaq cəhdlərinin nəticə verməyəcəyini deyib. O, bu cür addımlara cavab veriləcəyini bildirib.
Daha əvvəl həbsdə olmuş Ambartsumyan hakim siyasi qüvvənin seçkidə inzibati resurslardan istifadə edə biləcəyindən çəkinmədiyini də qeyd edib.