Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI VİDEO

17.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçkilər zamanı rüşvət vermə və rüşvət alma ilə bağlı növbəti qanunsuzluqların üstünü açıb.
Bizim.Media xəbər verir ki, Komitənin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələrinin parlament seçkilərində öz xeyirlərinə səs verilməsi və tərəfdarların cəlb edilməsi müqabilində Lori vilayətinin Spitak icmasının Qoqaran yaşayış məntəqəsindən və ətraf rayonlardan olan bir qrup seçiciyə rüşvət verdiyinə dair faktiki sənədlər və sübutlar əldə edilib.
Faktla bağlı cinayət işi başlanılıb, bir neçə nəfər saxlanılıb və zəruri prosessual addımlar atılıb.
Ətraflı məlumat videoda təqdim olunur.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью