Ermənistanda səhər tezdən zəlzələ baş verib

02.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Seysmik Mühafizə Xidməti Ermənistan ərazisində saat 08:38-də 3,4 bal gücündə zəlzələ qeydə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью