Ermənistanda sərhədçinin ölümünə görə saxlanılan var

05.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ermənistanda sərhədçini intihara sövq etmə faktı üzrə 1 nəfər həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsi ilə iş başlanıb.

Bundan əvvəl sərhəd qoşunlarında xidmət edən çağırışçı əsgər Artur Avetisyanın güllə yarasından öldüyü məlum olub. O, Sisian rayonunun Aşotavan kəndindən olub və 9 ay əvvəl orduya çağırılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью