Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda iki polis əməkdaşı qayda pozan sürücünü saxlamağa çalışarkən yaralanıb.
Avtosfer.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə polis idarəsindən məlumat verilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti qaydalarını pozan "Hyundai" markalı avtomobilin sürücüsündən maşını saxlamağı tələb ediblər. Buna cavab olaraq avtomobildən atəş açılıb, nəticədə iki polis yaralanıb. Daha sonra avtomobil tapılıb, sərxoş sürücü və sərnişin saxlanılıb. Polislər xəstəxanaya yerləşdiriliblər.
Hadisə ötən gecə Kotayk vilayətində baş verib.