Ermənistanda səs küylü qanunvericilik təşəbbüsü: Hərbi xidmət üçün yaş həddi artırıla bilər

26.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İrəvanda parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin iclasında hərbi xidmətdə olmanın yuxarı yaş həddinin 27-dən 37-yə qaldırılması ilə bağlı rezonans doğuran qanunvericilik təşəbbüsü müzakirə olunub.

Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, söhbət "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklər və əlaqəli qanunlara düzəlişlərlə bağlı qanun layihələri paketindən gedir.

Layihəni müəllifin özü - hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Ayk Sarqsyan təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью