Ermənistanda səslərin 94 faizi sayılıb Nəticələr necədir?

08.06.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 08:30-a olan seçkilərin nəticələrini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumata görə, 2006 seçki məntəqəsindən 1924-də bülletenlərin 94%-i emal olunub.
Bu məlumatlara görə, hazırkı hakim Vətəndaş Müqaviləsi Partiyası 50,07% (689 min 675 səs) nəticə ilə liderlik edir.
İkinci yerdə isə 23,35% (321 min 597 səs) toplayan “Güclü Ermənistan” alyansı gəlir.
Üçüncü yeri 9,96% (135 min 808 səs) ilə “Ermənistan” alyansı tutur.
Çiçəklənən Ermənistan Partiyası isə 3,99% (54 min 900 səs) ilə dördüncü yerdədir.
Beşinci yerdə qərarlaşan Birlik Qanadları Partiyası hazırda 2,28% (31 min 465 səs) səs toplayıb.
Əgər heç bir dəyişiklik baş verməsə, yeni parlamentdə 3 siyasi qüvvə olacaq: Vətəndaş Müqaviləsi Partiyası, “Güclü Ermənistan” və “Ermənistan” alyansları. Çiçəklənən Ermənistan Partiyası həddi aşmaq üzrə olsa da, hələ ki, buna nail ola bilməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью