Ermənistanda Suriya bayrağı endirildi | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Suriyadakı səfirliyi üzərindən Bəşər Əsədin prezidentliyi dövründə mövcud olmuş dövlət bayrağı çıxarılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu qərar Suriyanı 24 ilə yaxın idarə edən Bəşər Əsəd rejiminin devrilməsindən və “Heyət Təhrir əl-Şam” qruplaşmasının faktiki lideri əl-Colaninin hakimiyyətə gəlməsindən sonra qəbul edilib.
Səfirliyin binasında müxalifət tərəfindən qəbul edilmiş yeni bayraq asılıb.
Suriya müxalifəti Əbu Məhəmməd əl-Colaninin yaxın müttəfiqi Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətinin qurulduğunu elan edib.
Müşfiq Abdulla “Cebheinfo.az” Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu