Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyüldü VİDEO | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumat verir. Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.
O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.
Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu