Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyüldü VİDEO

22.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb. 
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 
Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb. 
Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib. 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью