Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə DÖYÜLDÜ VİDEO

22.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız azərbaycanlı olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.

O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью