Ermənistanda tələbələr ayağa qalxdı

04.02.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Fevralın 4-də İrəvanda ictimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı boykota “Ödəməyəcəyik” Tələbə Gənclər Təşəbbüsü qoşulub. 

“Cebheinfo.az”-ın məlumatına görə, tələbələr İrəvan Dövlət Universitetinin fakültələrini gəzərək insanları 150 dram verməməyə çağırırlar. Onlar ya 100 dram ödəməyi, ya da heç verməməyi təklif edirlər. 

“İnsanlar, biz boykot edirik, göstəririk ki, tələbələr ictimai nəqliyyatda qiymət artımına dözməyəcəklər”, - deyə təşəbbüs iştirakçıları bildiriblər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью