Ermənistanda Türkiyə ilə birgə biznes forum keçiriləcək

01.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

"Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq", - o qeyd edib.

Mirzoyan izah edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.

Xatırladaq ki, cari ilin iyun ayında Qarsda Türkiyə və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin "B2B" formatında görüşü keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью