Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. "Paşinyanın kilsə ilə mübarizəsi ən kritik həddə çatıb.
Hətta II Qareginin istefası tələb olunur. Ermənistanda tamamilə yeni kilsənin yaradılacağı ilə bağlı fərziyyələr də var.
Bütün baş verənlər Ermənistan ictimaiyyətini parçalayıb. Dini inanclı təbəqənin hakimiyyətə aqressiyası daha da artıb və Paşinyanın impiçmen
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, assimilyasiya təhdidi ilə üz-üzə qalan erməni diasporu, əsasən, müxalifəti dəstəkləyir: "Revanşistlər isə Rusiyanı əsas qarant kimi görməkdə davam edirlər.
Doğrudur, baş nazir Paşinyan da hakim partiyanın son qurultayında Ermənistanın Rusiya ilə münasibətləri möhkəmləndirmək yolu tutacağını söyləyib.
Amma bu yanaşmanın səmimiliyinə hətta Moskvada belə inananlar çox deyil.
Kremlin Ermənistanda kilsə vasitəsilə formalaşdırdığı təsir dairəsi ciddi şəkildə daralıb".