Ermənistanda xüsusi əməliyyat keçirilib, 9 polis həbs edilib

07.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ermənistan Antikorrupsiya Komitəsi Daxili İşlər Nazirliyinin (DİN) Vaqarşapat polis şöbəsində xüsusi əməliyyat keçirib, nəticədə 9 polis əməkdaşı həbs edilib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Narek Sargsyan bildirib.

Tutulan polis əməkdaşları cinayətlərin gizlədilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью