Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış Yaralılar var

30.11.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib.

O da qeyd edilib ki, partlayışın ardınca başlayan yanğını söndürmək üçün hadisə yerinə 4 xilasetmə briqadası cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью