Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var

30.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib.

Məlumata görə, partlayışın ardınca başlayan yanğını söndürmək üçün hadisə yerinə dörd xilasetmə briqadası cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью