Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumay yayıb.
Bildirilib ki, cümə gününə qədər yenidən sayım aparılacaq, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və ərizələr qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr açıqlanacaq.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 49,83% səsini toplayıb.
İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan “Güclü Ermənistan” Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 % səs alıb.