Ermənistanda yeni nazir təyin edildi

05.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda uzun sürən müzakirələrdən sonra yeni ədliyyə naziri təyin edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Prezidentin sərəncamı ilə bu vəzifəyə Srbuhi Qalyan təyinat alıb. 

"Baş nazirin tövsiyəsi əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq. Srbuhi Qalyan ədliyyə naziri təyin edilsin”, - sərəncamda deyilir.

Xatırladaq ki, dünən Srbuhi Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2020-ci il sentyabrın 1-də təyin edilib. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью