Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) ölkədə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı qeydə alınan qanun pozuntuları ilə bağlı ilkin statistikanı açıqlayıb.
Redaktor.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 20:00-a olan məlumata görə, quruma səsvermə prosesində baş vermiş pozuntularla bağlı ümumilikdə 27 məlumat daxil olub.
Bildirilir ki, daxil olan müraciətlərdən səkkizi birdən çox səs vermə və ya başqa şəxsin yerinə səsvermə halları ilə əlaqədardır. Sözügedən faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün ibtidai istintaq orqanlarına göndərilib.
Qeyd edək ki, noyabrın 29-da Ermənistanın yeddi bölgəsini əhatə edən 12 icmasında — Aştarak, Aparan, Baqramyan, Metsamor, Sevan, Spitak, Amasiya, Aşotsk, Kapan, Noyemberyan, Arevut və Metsadzorda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Səhər saat 08:00-da başlayan səsvermə axşam saat 20:00-da yekunlaşıb.
Hazırda Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən səslərin sayılması prosesinə başlanılıb.
Aminə ŞAHSUVARQIZI