“Ermənistanda yetişdirilən balığı yemirəm” Paşinyan

30.07.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yetişdirilən balıqların keyfiyyətinə şübhə etdiyi üçün onları yemədiyini deyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə balıqçılıq təsərrüfatlarına dövlət dəstəyi məsələsinin müzakirəsi zamanı bildirib.

“Bu, böyük ajiotaj yaradacaq, lakin mən artıq uzun müddətdir ki, ölkədə yetişdirilən balıqları yemirəm. Çünki orada keyfiyyətlə bağlı problem olduğu mənim üçün aydındır”, – deyə Paşinyan vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью