Ermənistanda yol qəzası olub, ölən və yaralananlar var

06.10.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Armavir vilayətində baş vermiş yol qəzasında bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Hadisə oktyabrın 5-də, saat 23:53 radələrində baş verib. "Toyota" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel" markalı avtomobil alovlanıb. Xilasedicilər 12 dəqiqə ərzində yanğını söndürməyə müvəffəq olublar. Yanmış avtomobilin salonunda sürücünün meyiti aşkarlanıb. "Toyota"nın sürücüsü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə yaxınlıqdakı tibb mərkəzinə çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью