Ermənistanda zəlzələ baş verib

02.12.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ermənistan Seysmik Mühafizə Xidməti ölkə ərazisində saat 08:38-də 3,4 bal gücündə zəlzələ qeydə alıb.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə və 10 km dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.

Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью