Ermənistanda zəncirvari yol qəzası 8 nəfər öldü

03.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. "Jeep Compass", "Opel Zafira", "Chevrolet Volt" markalı avtomobillər və yük maşını toqquşub. pizza hut

Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş "Ermənistan" tibb mərkəzinə çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью