Ermənistandakı Aİ missiyası genişləndirilə bilər

14.04.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ-nin Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə məlumat verib.

“Ümid edirəm ki, orada (Ermənistanda - red.) yerləşdirilən Avropa missiyası gərginliyi (Ermənistan-Azərbaycan sərhədində - red.) müşahidə etmək və nəzarətdə saxlamaq imkanı qazanmaq üçün genişləndiriləcək”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın sonunda Aİ Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının daha iki il - 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib.

Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью