Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata əl atıblar.
Redaktor.az xəbər verir ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəliblər.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.