Ermənistandakı pirotexniki məmulatlar anbarında baş verən yanğında 3 nəfər xəsarət alıb AZƏRTAC

03.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 3 yanvar, AZƏRTAC

Yanvarın 3-də günün ikinci yarısında Ermənistanın Gürcüstan ilə sərhədindəki Baqrataşen keçid məntəqəsinin ərazisində pirotexniki məmulatlar anbarında güclü yanğın baş verib.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, yanğın pirotexniki vasitələr bölməsindən başlayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью