Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: Rəhbərlik gülünc bəhanələr gətirir | Ic…
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. "Ermənistanın növbəti dəfə şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bu öl
Bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
O bildirib ki, Ermənistanın əsas havadarı Fransa da daxil olmaqla digər ölkələr tərəfindən silahlanması bu ölkənin cəmiyyəti və ordusundakı revanşistləri daha da ruhlandırır: "Deməli, Ermənistanın sülhlə bağlı danışıqları da cəfəngiyyatdan başqa bir şey deyil.
Biz əməli olaraq Ermənistanın sürətli şəkildə silahlanmasını, ordusunun yenidən formalaşması üçün "islahat"ların aparılmasını, ehtiyatda olan hərbçilərin yenidən orduya cəlb olunması istiqamətində fəaliyyətlərini izləyirik.
Ermənistanın baş havadarı Fransanın hərbçisinin də Ermənistan ordusuna müşavir təyin olunması bu təxribatlarda Ermənistan ordusunun tək olmadığını bir daha təsdiqləyir.
Məhz belə təxribatçı fəaliyyətlərlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədinə yaxın ərazilərdə "Yerkrapa" terror qruplaşmasının üzvlərini yerləşdirməklə belə təxribatlar üçün şərait yaratmağa çalışırlar ki, bundan da Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
İndi hər hansı bir formada Ermənistanın hərbi-siyasi rəhbərliyi riyakarcasına yaxasını kənarda tutmağa çalışır və bir çox gülünc bəhanələr gətirərək, prosesin gedişatının onun iradəsindən kənar olduğunu cəmiyyətə sırımağa çalışır.
Əlbəttə ki, bunların hamısı absurddur. Biz əminik ki, bu təxribatların arxasında ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanır.
Tam oxu
Xəbəri oxu