Ermənistandan Cənubi Qafqazda YENİ ADDIM KONKRET

15.12.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Brüsseldə keçirilən Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Ermənistanla Aİ arasında tərəfdaşlığın əsas nailiyyətləri müzakirə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sədrliyi ilə keçirilən iclasda iqtisadi əməkdaşlıqdan tutmuş təhlükəsizlik sahəsində dayanıqlığın gücləndirilməsinə qədər geniş spektrli məsələlər, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə və Avropa Sülhə Dəstək Mexanizmi çərçivəsində yardım məsələləri müzakirə olunub.

Mirzoyan bildirib ki, iclasda həmçinin Cənubi Qafqazda vəziyyət, region ölkələri arasında kommunikasiyaların açılması və bunun yaradacağı yeni imkanlar da gündəmdə olub.

“Bu məsələləri müzakirə etdik və Aİ-nin Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını alqışlayacağıq,” – deyə nazir vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью