Ermənistandan COP29da iştirakı ilə bağlı açıqlama

11.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın COP29-da iştirakı ilə bağlı məsələsi Ermənistan və Azərbaycan arasında danışıqların dinamikasından asılıdır.

Milli.Az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərə bildirib.

"Biz yekun qərar verəndə iştirak edib-etməyəcəyimizi və hansı səviyyədə iştirak edəcəyimizi bildirəcəyik", - Kostanyan bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan rəsmən dəvət alıb, lakin hələlik bu məsələ ilə bağlı mövqeyini bildirməyib.

Nərmin Mahmudova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью