Ermənistandan idxal olunan içkilərə Rusiyada qadağa qoyuldu

04.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın məhsulların rəqəmsal markalanması sistemi "Çestnıy Znak" “Rospotrebnadzor”un göstərişi əsasında Ermənistandan idxal edilən 70 min butulkadan çox içməli su və qazlı içkinin satışını bloklayıb.

"Yeni Sabah" xəbər verir ki, satışın dayandırılmasına səbəb kimi məhsulların Rusiya vətəndaşlarının həyat və sağlamlığı üçün potensial təhlükə yaratması göstərilib.

Qadağa qoyulan məhsullar arasında "Bjni" markalı müalicəvi süfrə mineral suyu, "Prosto Azbuka" təbii içməli suyu və "Moxito" alkoqolsuz qazlı içkisi var. Toyuqlu pizza

Bu ilin aprelində Rusiyanın "Çestnıy Znak" rəqəmsal markalanma sistemi “Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan "Cermuk" mineral suyunun satışını dayandırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью