Ermənistandan ölkəmizə çirkab axını davam edir

06.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 5-də Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirləri mövzusunda “Environmental Protection First” (EPF) QHT Koalisiyasının brifinqi keçirilib.

Brifinqdə EPF Koalisiyasının üzvləri Amin Məmmədov, Müqabil Bayramov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər çıxışçılar Ermənistan ərazisində həyata keçirilən dağ-mədən fəaliyyəti və digər ekoloji risklərin regiona mümkün təsirlərindən danışıblar.

Çıxışlarda Ermənistanın Alaverdi və Sünik bölgələrindəki mədənçilik fəaliyyətinin qrunt və transsərhəd suların çirklənməsi baxımından yaratdığı risklərə diqqət çəkilib. Ermənistanın su ehtiyatlarından istifadəsi, Göyçə gölündən su götürülməsinin yaratdığı ekoloji problemlər və transsərhəd çayların çirklənməsinin, xüsusilə aşağı axında yerləşən Azərbaycan üçün mümkün nəticələri qeyd olunub.

Amulsar qızıl mədəninin istismarı ilə bağlı narahatlıqlar da diqqətə çatdırılıb. Bildirilib ki, Arpa və Vorotan çaylarının su hövzələri ilə əlaqəli ərazidə yerləşən layihənin su ehtiyatlarına, biomüxtəlifliyə və Göyçə gölü ilə bağlı ekosistemlərə potensial təsirləri uzun müddətdir müzakirə olunur.

Çıxışlarda Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması ilə bağlı potensial ekoloji və transsərhəd risklərə də toxunulub.

Brifinqdə, həmçinin Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib. Qeyd olunub ki, işğal dövründə Azərbaycanın bir sıra mədən yataqlarının, o cümlədən Qızılbulaq, Dəmirli, Söyüdlü, Ağduzdağ, Tutxum, Vejnəli və digər yataqların istismar edildiyi və ya istismara cəlb olunub.

Həmçinin transsərhəd suların çirklənməsinə nümunə kimi Oxçuçayda yaranmış ekoloji problemlər də qeyd edilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью