Ermənistandan sərt açıqlama: Putinə dərs vermək lazımdır

13.05.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın radikal müxalifətinin liderləri - Robert Köçəryan, Serj Sərkisyan, Samvel Karapetyan və Qaqik Sarukyan Rusiyadan idarə olunur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan deyib.

“Bütün həyatları boyu vassal, yaltaq və adamyeyən olan bu radikalların fikir müəllifi dövlətimizi zəbt etməyə çalışan Putindir. Rusiya üçün Ermənistan sadəcə piyadadır, buna görə Samvel Karapetyanı irəli sürüblər. Ermənistan təhlükə qarşısındadır”, - o bildirib.

Babacanyanın sözlərinə görə, erməni xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində Rusiya və radikallara vassal olmaq istəmədiyini göstərməlidir: “Onları əzmək, iyunun 7-də Putinə dərs vermək lazımdır”.

Siyasətçi əlavə edib ki, Qaqik Sarukyan oğlunu Belarusda gizlədir: “Cinayətkarın oğlu, törətdiyi qətllərlə tanınan Nveriki Belarusda gizlədir. Öz keyfiyyətsiz konyaklarını da aparıb Belarusda satırlar”.

Babacanyan əlavə edib ki, Sarukyan, Köçəryan və “Daşnaksütyun” liderləri cinayətkar əməllərinə görə həbs edilməlidir:

“Vətəndaşların özləri etiraf edirlər ki, rüşvətlə Sarukyana səs veriblər, amma buna baxmayaraq, hələ də azadlıqdadır. Sarukyan, “Daşnaksütyun”, Sərkisyan və Köçəryan qanlı 1 Mart hadisələrinə görə də birbaşa məsuliyyət daşıyırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью