Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı hələlik dəqiq tarix müəyyən edilməyib”.
Globalinfo.az xəbər verir ki. bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirilir.
Maraqlıdır ki, daha əvvəl “Bloomberg” nəşri mənbələrə istinadən Türkiyənin növbəti altı ay ərzində Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirdiyini yazmışdı. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 2026-cı ildə İrəvanla münasibətlərin normallaşdırılması prosesində “simvolik addımlar” atmağa hazır olduğunu açıqlamışdı.
“Sputnik Ermənistan” XİN-dən həmçinin Ərdoğanın Ermənistana mümkün səfəri ilə bağlı hər hansı hazırlığın olub-olmadığını da soruşub.
“Türkiyə Prezidentinin 2026-cı ildə Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı üçün dəvət göndərilib. Mümkün səfər bu çərçivədə nəzərdən keçirilir”, – açıqlamada qeyd edilir.
Əliyar Xəlil
Globalinfo.az