Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır. Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə baş verib.
Zəlzələnin coğrafi koordinatları 41․22⁰ şimal eni və 43,91⁰ şərq uzunluğudur. Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası 2,3 olub.
Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Kazançı kəndlərində 2-3 bal gücündə hiss ol
Dağıntılar, ölən və yaralananlar haqda xəbər yoxdur. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.