Ermənistanı gözləyirik Ceyhun Bayramov

09.09.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, ötən il qəbul edilmiş birgə bəyanatda əksini tapan məsələlərin və Ermənistan tərəfinin verdiyi bəyanatların göz qabağında olduğunu qeyd edərək deyib: "Sülh sazişi barədə danışıqların müəyyən bir mərhələsində, avqustda bu prosesin başa çatması gözlənilirdi. Lakin gerçək addımların atılması, konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Bütün bunların fonunda bu prosesdə həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözlədiyi mövqeyi eşitdik".
TRİPP-lə bağlı işlər 2027-ci ilə keçrilə bilər - Ceyhun Bayramov │ VİDEO
Nazir, xüsusilə ötən dövrdə Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində belə bəyanatların verildiyini diqqətə çatdıraraq seçkilərdən sonra Ermənistan Baş nazirinin öz çıxışlarında yenidən ilin sonuna həmin konstitusiya prosesinə dair gözləntilərin olduğunu qeyd etdiyini söyləyib.
C.Bayramov bu addımların atılması ilə yeni bir mərhələyə keçildiyini, Ermənistanın bu öhdəliklərə riayət etməsi prosesində müsbət gözləntilər olduğunu qeyd etdi. "Bizim yanaşmamız dəyişməz olaraq qalır. Prosesin davam etməsi və sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur", - deyə o əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью