Ermənistanı itirməyə çox yaxın idik Paşinyan

17.09.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ilə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında qurulan təhlükəsizlik modelini primitiv adlandırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə o, “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“2022-ci ilin sentyabr hadisələri göstərdi ki, yeni yanaşma formalaşdırmasaq, Ermənistanı itirəcəyik. Ermənistanın dövlətçiliyini və suverenliyini itirməyə çox yaxın olmuşuq. Təhlükəsizlik çoxşaxəli anlayışdır. 2022-ci ilə qədər mövcud olan təhlükəsizlik modeli mahiyyət etibarilə primitiv idi. O zaman düşünürdük ki, KTMT bizim təhlükəsizliyimizi təmin edəcək, amma olmadı”, – N. Paşinyan bildirib.

O qeyd edib ki, 1994-2022-ci illər arasında Ermənistan mediasında KTMT-nin lazımi anda ölkənin təhlükəsizliyini təmin etməyəcəyi ilə bağlı minlərlə ekspert qiymətləndirməsi olub:

“Əsas məsələ odur ki, niyə bütün bu nəticələr müvafiq addımların atılmasına gətirib çıxarmayıb. Ermənistan onilliklər ərzində hara gedəcəyini dəqiq bilərək bəlli yolla hərəkət edib”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью